Rafiq Manaflı Milli Şuradan istefa verdi

Rafiq Manaflı Milli Şuradan istefa verdi

16-05-2020 00:12 / Bu xəbər 1643 dəfə oxundu

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyündən istefa verib.

Bu barədə Rafiq Manaflı özünün feysbuk hesabında yazıb.

"Milli Şura bu hakimiyyətlə mübarizənin yeganə səngəridir. Milli Şurada təmsil olunan dostlarımla bu neçə ildə birgə fəaliyyətimdən qurur duyuram.
Amma bu son bir neçə gündə baş verənlər bizə də təsirsiz ötüşmədi. Çox uzatmadan və böyük təəssüf hissiylə Milli Şura ilə yolumuzun ayrıldığını bəyan etmək məcburiyyətindəyəm. Milli Şuranın bundan sonra da mübarizəsini uğurla davam etdirəcəyinə inanır və Milli Şuranı tərk etdiyimi bəyan edirəm.
 Xüsusi olaraq qeyd etmək istəyirəm, bu mövzuda hansısa suallarla mənə müraciət edilməsin, açıqlama verməyəcəyəm", - o qeyd edib.

O, bəyanatında istefanın səbəbi barədə açıqlama vermək istəmədiyini vurğulayıb.

Mayın 14-də Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Eldəniz Quliyev də istefa verib.