Ramin Bayramlının təmsil etdiyi bu təşkilat da fəaliyyətini dayandırdı

Ramin Bayramlının təmsil etdiyi bu təşkilat da fəaliyyətini dayandırdı

02-11-2021 16:19 / Bu xəbər 894 dəfə oxundu

Bu ilin sentyabr ayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri vəzifəsindən istefa verən Ramin Bayramlının sədr müavini olduğu təşkilat fəaliyyətini dayandırıb. 

Bu barədə "Qaynarinfo" məlumat yayıb.

Məlumata görə, "Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi fəaliyyətini dayandırıb. 

Təşkilatın sədri Arif Əfəndiyev, sədr müavini Ramin Bayramlı, məhsul katibi isə tibb üzrə fəlsəfə doktoru, Yavər Hacısoydur. 

Y.Hacısoy saytımıza İB-nin fəaliyyətinin dayandırılmasını təsdiqləyib. 

Bildirib ki, ölkədə koronavirus dövrü olduğu üçün təmsil etdiyim təşkilat fəaliyyət göstərə bilmədi: "Bu barədə daha ətraflı Arif Əfəndiyevdən öyrənə bilərsiniz”.