Ramin Musayev: “Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik”

Ramin Musayev: “Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik”

24-11-2020 14:38 / Bu xəbər 2196 dəfə oxundu

Azərbaycan kubokunun bu mövsümkü finalının keçiriləcəyi yer hələ məlum deyil.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan kubokunun püşkatma mərasimi zamanı deyib. 

O, variantlar arasında matçın Qarabağda keçirilməsinin də olduğunu deyib: "Bildirmişdim ki, dövlət tərəfindən icazə verilərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik. Bu, tək bizdən asılı deyil. Qarabağdakı vəziyyəti hamı bilir. Hazırlıq olmalı, stadion tikilməlidir. Bunlar olduqdan sonra böyük sevinclə orada final görüşü təşkil edərik. Əks təqdirdə, azarkeşlərin istəyinə uyğun yer seçəcəyik.

Qarabağda alınmasa, kubokun finalını Gəncədə təşkil etmək istəyirik. Amma ordakı stadionda vəziyyət yaxşı deyil. Stadion yaxşı olsa, həlledici görüş Gəncədə gerçəkləşə bilər. Kubokun finalı ilə bağlı dəqiq fikir demək çətindir. Final matçında çoxlu sürprizlərimiz olacaq və bu tədbir təşkilatçılığa görə digər finalları geridə qoyacaq”.