Ramiz Mehdiyev istefasından danışdı

Ramiz Mehdiyev istefasından danışdı

14-02-2022 19:21 / Bu xəbər 2202 dəfə oxundu

AMEA-nın prezidenti Ramiz Mehdiyev istefa verməsinin səbəbini açıqlayıb.

O, "unikal"a açıqlamasında istefa xəbərini təsdiqləyib və bildirib ki, yaşla əlaqədar bu addımı atıb: "Bundan sonra evdə oturub kitablar yazmaqla məşğul olacağam".

Prezident İlham Əliyevin Akademiya prezidentinin fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyən Ramiz Mehdiyev yaxın tarixdə ölkədə ondan başqa heç kəsə "Heydər Əliyev” ordeninin verilmədiyini xatırladıb: "Cənab Prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab Prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, Akademiyanın üzvləri də bu yolda Prezidentin yanında olmalıdırlar”.

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.