Ramiz Mehdiyev YAP-ın İdarə Heyətinə seçilmədi

Ramiz Mehdiyev YAP-ın İdarə Heyətinə seçilmədi

05-03-2021 13:21 / Bu xəbər 1137 dəfə oxundu

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.

Bu barədə "Report"a İdarə Heyətindən məlumat verib.

Bildirilib ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıblar.

Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Veteranlar Şurasının sədri Arif Rəhimzadə, müavini isə Sədaqət Qəhrəmanovadır.