Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı AMEA-dan açıqlama

Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı AMEA-dan açıqlama

12-05-2020 12:53 / Bu xəbər 1984 dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin vəfat etdiyi barədə məlumat yayılıb. 

Sosial şəbəkələrdə və bəzi media orqanlarında yayılan məlumata görə, AMEA prezidenti dünən gecə saatlarında dünyasını dəyişib. 

Yenisabah.az məlumatı dəqiqləşdirmək üçün AMEA-nın mətbuat katibi Ağahüseyn Şükürovla əlaqə saxlayıb.

"Mən hörmətli akademik Ramiz Mehdiyevin mətbuat katibiyəm. Yəqin saytlar düz anlamayıblar. Mənim oğlum bir həftədir dünyasını dəyişib. Yəqin doğru anlamayıb, belə yazıblar”, - deyə Ağahüseyn Şükürov Ramiz Mehdiyevin ölüm xəbəri ilə bağlı bildirib.