Ramzan Kadırov Mariupola getdi

Ramzan Kadırov Mariupola getdi

28-03-2022 19:23 / Bu xəbər 3307 dəfə oxundu

Çeçenistan lideri Ramzan Kadırov şiddətli döyüşlərin getdiyi Mariupola gedib.

Bu barədə Çeçenistanın mətbuat və informasiya naziri Əhməd Dudayev bildirib.

Onun sözlərinə görə, Kadırov şəhərin azad edilməsi əməliyyatına rəhbərlik edir: "Yaxın günlərdə şəhər alınaraq millətçilərdən və nasistlərdən təmizlənəcək. Ona görə də Ramzan Axmatoviç Mariupola döyüşçülərin əhval-ruhiyyəsini yüksəltməyə gəlib”.

Dudayev Çeçenistan liderini çoxsaylı döyüşlərdə iştirak edən döyüş generalı və strateq adlandırıb.(azpost.info)