ReAL partiyası 26 yanvar mitinqinə qatılmayacaq

ReAL partiyası 26 yanvar mitinqinə qatılmayacaq

24-01-2019 15:53 / Bu xəbər 1621 dəfə oxundu

Respublikaçı Alternativ (ReAL) Partiyası müxalifətin növbəti mitinqində iştirak etməyəcək.

Bu barədə partiya bəyanat yayıb.

Bildirilib ki, yanvarın 19-da keçirilən mitinqdə REAL sədri İlqar Məmmədovun çıxışı partiyanın münasibətini cəmiyyətə yetərincə çatdırıb.

Qeyd olunub ki, növbəti mitinqdə iştirak edərək mövqeyin təkrarlanmasına indiki mərhələdə ehtiyac görülmür: "Buna baxmayaraq, sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik”.

Milli Şura və bəzi siyasi partiyaların nümayəndələri yanvarın 26-da mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakmiyyətinə (BŞİH) müraciət edib. BŞİH hələlik müraciətə cavab verməyib.