ReAL qeydiyyata alındı

ReAL qeydiyyata alındı

01-09-2020 17:01 / Bu xəbər 2168 dəfə oxundu

Partiya sədrinə sertifikat təqdim olunub

Sentyabrın 1-də Respublikaçı Alternativ Partiyası (ReAL) dövlət qeydiyyatına alınıb.

Sentyabrın 1-də Ədliyyə nazirinin müavini Toğrul Musayev partiyanın qeydiyyata alınması haqqında sertifikatı İlqar Məmmədova təqdim edib.

ReAL 2009-cu ilin yanvar ayında Respublikaçı Alternativ Hərəkatı kimi təsis edilib. 

2009-cu ildə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumda "bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməsi” maddəsinə etiraz olaraq hərəkat elan olunub.

2013-cü ildə hərəkatın sədri İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatılmaq cəhdinə görə həbs olunub və 7 il azadlıqdan məhrum edilib. 2018-ci ilin yayında İlqar Məmmədov şərti azadlığa buraxılıb. Sonradan Ali Məhkəmə ona bəraət verib.

2018-ci ilin aprelində Real Alternativ Hərəkatı I təsis Qurultayını keçirib və Real Partiyasının yaradıldığı elan edilib.

Bu il iyulun 1-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunverici orqanla iş üzrə şöbəsinin müdiri Ədalət Vəliyev ReAL Partiyasının sədri İlqar Məmmədovla görüşüb. 

Görüş barədə məlumatı partiya sədri deyib ki, tezliklə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edəcəklər. Sonrada o, avqustun 19-da Ədliyyə Nazirliyinə müraciət etdikləri haqda məlumat yayıb.

Partiyanın əsas funksionerlərindən olan Erkin Qədirli parlamentdə təmsil olunur.