Rəfael Cəbrayılov sərvətini İstanbula daşıyır?

Rəfael Cəbrayılov sərvətini İstanbula daşıyır?

08-09-2019 00:53 / Bu xəbər 855 dəfə oxundu

Milli Məclisin deputatı Rəfael Cəbrayılovun əldə etdiyi sərvəti Türkiyəyə daşıdığı bildirilir.

Bu barədə yenicag.az xəbər yayıb.

Xəbərdə deyilir ki, deputat özünə və qardaşına məxsus sərvəti ölkədən çıxarmaqla biznesinin təhlükəsizliyini təmin etmək məqsədi güdür.

Bununla yanaşı, hazırda İstanbulda deputat məxsus biznes obyektlərinin də olduğu vurğulanır.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən  "Hollywood" şadlıq sarayının da son günlər adı müxtəif qalmaqallarda hallanan Rəfail Cəbrayılova məxsus olduğu deyilir.

Məsələ ilə bağlı Aruqment.az gün ərzində dəfələrlə deputatla əlaqə saxlamağa çalışsa da, telefonuna zəng çatmayıb.