"Regionda hər hansı yeni qarşıdurma baş versə, səbəbkarı Fransa olacaq"

08-10-2023 00:40 / Bu xəbər 933 dəfə oxundu

Fransanın Ermənistana silah verməsi sülhə deyil, yeni qarşıdurmaya xidmət edən yanaşmadır.

Bu barədə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, əgər regionda hər hansı yeni qarşıdurma baş verərsə, bunun səbəbkarı məhz Fransa olacaq.