Rektor nazirin göndərdiyi yoxlamanı qovub?

Rektor nazirin göndərdiyi yoxlamanı qovub?

13-06-2021 09:29 / Bu xəbər 534 dəfə oxundu

Təhsil naziri Emin Əmirullayev Gəncə Dövlət Universitetinin fəaliyyətini yoxlatdıra bilmir...
 
Məlumata görə, yoxlamaya səbəb Gəncə Dövlət Universitetinin tədris və təsərrüfat sistemində olan neqativ hallardır. 
 
"Təhsil nazirinin tapşırığı ilə ilin əvvəlindən Gəncə Dövlət Universitetinə iki dəfə yoxlamaya gedən komissiyanın rektor Yusif Yusibov tərəfindən qovularaq geri qaytarıldı. Eyni zamanda Yusif Yusibov yuxarı instansiyalarda əlaqədə olduğu şəxslərin vasitəsilə Təhsil nazirinə təzyiqlər etdirmək istəyir, lakin E.Əmirullayevi hələ ki, niyyətindən heç bir zəng daşındıra bilməyib", - deyə mənbə vurğulayır.
 
Yusif Yusibov keçmiş Təhsil Naziri Ceyhun Bayramovun kadrlarından hesab edilir. Belə ki, rektorun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin xərclənməsinə nəzarət funksiyasını həyata keçirən məsul şəxsdir. 

Ceyhun Bayramovun qardaşı Azər Bayramov da Maliyyə Nazirliyində müavin vəzifəsində çalışır.
 
Gəncə Dövlət Universiteti bu il keçirilən attestasiyada 67 balla qiymətləndirilərək aşağı nəticə göstərib.///qlobal.az