Rəsmi Kiyev Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Rəsmi Kiyev Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

03-02-2022 15:21 / Bu xəbər 773 dəfə oxundu

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Rusiya ilə istənilən formatda danışıqlara hazır olduğunu bildirib. 

Bu barədə "RİA Novosti" xəbər verir.
 
Kulebanın sözlərinə görə, danışıqlar "Ukrayna və Rusiya arasında səkkiz ildir davam edən silahlı münaqişə”nin diplomatik həlli üçün lazımdır.

Ukranyanın XİN rəhbəri daha əvvəl bildirirdi ki, Kiyevə "kiminsə təzyiq göstərməyəcəyi” halda Ukrayna Rusiya ilə danışıqlara hazırdır. 

Onun fikrincə, ölkəsi problemin dinc həlli üçün yetərincə iş görüb, növbəti addım Moskva tərəfdən olmalıdır. 

Ukrayna prezidenti Vladimir Zelenski də Rusiya ilə danışıqlardan sərhəddə gərginliyin azaldılması və Donbasda sülhə nail olmaq yolunda konkret addımlar gözlədiyini qeyd edib. 

O, "ABŞ, Rusiya və Ukrayna” formatında danışıq müstəvisinin yaradılmasına çağırıb.