"Reuters"in fotoqrafı Əfqanıstanda öldürülüb

18-07-2021 01:05 / Bu xəbər 6381 dəfə oxundu

"Reuters"in baş fotoqrafı Daniş Siddiqi Əfqanıstanda "Taliban” qruplaşması yaraqlılarının hücumu nəticəsində öldürülüb.
 
Bu haqda Reuters xəbər verir.

Müxbir Əfqanıstan təhlükəsizlik qüvvələri ilə birgə pusquya düşüb.

Əfqanıstanın Hindistandakı səfiri Farid Mamundzay "dostunun öldürülməsi” xəbərindən dərindən narahat olduğunu bildirib.

Siddiqiyə dünya şöhrətini Hindistanda pandemiyanın ikinci dalğası zamanı kütləvi dəfnlərlə bağlı fotolar gətirmişdi. Onun əsərləri sosial şəbəkədə "virus” kimi yayılırdı.

Siddiqi etiraf edirdi ki, "kritik vəziyyətdə olan insan üzünü çəkmək” onun daha çox xoşuna gəlir.

O, jurnalist kimi son dəfə Qəndəhər bölgəsindəki döyüşlərdən fotolar çəkməli idi.

Hazırda ABŞ və müttəfiqləri intensiv şəkildə Əfqanıstandan qoşunlarını çıxarır, talibançılar isə sürətlə ölkəni ələ keçirir.

Ekstremistlər Əfqanistan ərazilərinin 85 faizinə nəzarət etdiklərini deyirlər.