Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək

Reyestrə düşməyən media subyektləri məhkəməyə veriləcək

12-01-2023 13:59 / Bu xəbər 676 dəfə oxundu

"Media Reyestrindən keçmək üçün media subyektlərinin kifayət qədər vaxtı var”.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, onlar qalan müddət ərzində müraciət edə bilərlər: "Məqsəd media subyektlərinin özlərini bəyan etməkləridirsə, düşünürəm ki, bu müddət ərzində edə bilərlər. Bizim hansısa media subyekti reyestrə daxil edilməyəndə onlara sanksiya tətbiq etmək hüququmuz yoxdur". 

"Qanunda göstərilən 6 aylıq müddət bitəndən sonra biz onlar haqqında məsələni məhkəmə qarşısında qaldıracağıq. Onların fəaliyyətini davam etdirməsi, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq".