Rüfət Aslanlının adı dələduzluq işində: Palata sədrinin bankında müdhiş cinayət dosyesi

Rüfət Aslanlının adı dələduzluq işində: Palata sədrinin bankında müdhiş cinayət dosyesi

27-12-2016 02:17 / Bu xəbər 2214 dəfə oxundu

Məmməd Məmmədov Politika.Az-a müraciət edib

Onun sözlərinə görə, 2011-ci ildə "Bank Avrasiya” ASC-dən 450 min dollar kredit götürüb, həmin kreditini 350 min dollarını ödəyib. 

Müraciət müəllifi qeyd edib ki, kredit götürdüyü zaman kreditin məbləğinin təminatı kimi məhkum Aygün Babaşova ilə razılaşmaya əsasən iki ev girov qoyub: 

"Aldığım Bakının Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 28 saylı binanın 21-ci mənzili və hazırda yaşadığım Bakının Nərimanov rayonu İ.Dadaşov küçəsi, ev 50-də yerləşən 83 saylı mənzili ipoketa müqaviləsi ilə yüklü etmişəm. 

Sonradan Aygün Babaşovanın etibarından sui-istifadə etməklə əmlakımın ələ keçirilməsi faktı ilə 2015-ci ilin 11 martında Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində 178.3-ci maddəsi ilə onun barəsində cinayəti işi başlanıb. 

Hazırda Babaşova azadlıqdan məhrum edilib. İstintaq müddətində aydın olub ki, Nəsimi rayonundakı evim "Bank Avrasiya” ASC-nin vəzifəli şəxsləri tərəfindən dələduz Aygün Babaşova ilə əlbir olaraq satılıb və alınan pullar tərəflər arasında bölüşdürülüb”.

Zərərçəkmiş qeyd edib ki, A.Babaşova ilə birlikdə dələduzluğa şərait yaratmış, əməlləri birgə törətdiyi ehtimal olunan bankın vəzifəli şəxslərinin barəsində 308.1 və 313-cü maddələri ilə cinayət işi açılıb.

Onun sözlərinə görə, bu cinayət işi Nərimanov rayon prokurorluğun icraatına göndərilib: "Nəsimi rayonundakı evimin yüklülükdən çıxarılması barədə Əmlak Komitəsinin Reyestr Xidmətinə müraciət imzalayanlarda biri də Fuad Aslanovdur. 
Bankın vəzifəli şəxsləri ipotekaya qoyulmuş evlərdən birini ipotekadan çıxarıb, hazırda yaşadığım evi isə ipoteka yüklülüyündə saxlayıb. 

Evi satmaqla mənə külli miqdarda zərər vuran bank düz 1 ildən çox vaxt keçdikdən sonra 304 min dollar borcum olduğu barədə mənə rəsmi bildiriş göndərib. Əgər kredit borcu ödənilməyibsə mənzil ipoteka yüklülüyündən necə çıxarıla bilərdi? 

Bank vəzifəlilərinin bu arxayınlığının səbəbi Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının himayədarlığından irəli gəlir. 

Bankın sabiq idarə heyətinin sədri Fuad Aslanov Rüfət Aslanovun qardaşıdır. İstintaqın belə tez yekunlaşmasına da Rüfət Aslanlı kömək edib”.

Şikayətçi Politika.Az-a deyib ki, MBNP sədrinin sayəsində "Bank Avrasiya” ASC-nin İdarə Heyətinin sədr müavini Arif İsmayılov və baş mühasib məsuliyyətdən yayına bilir: 

"Hazırda Nərimanov Rayon Prokurorluğunda istintaq aparılır. Bankın kredit departamentinin rəhbəri Vüqar İlqar oğlu Əliyev barəsində həbs qətiimkan tədbiri seçilib. 

Lakin bankın möhürünün onda olması, sədrin əvəzinə saxtakarlıq etməsi və təkbaşına bu cinayəti törətməsi real deyil. Vüqar Əliyev Fuad Aslanovu xilas etmək üçün fədailik edib. Reyestr Xidmətinə müraciət məktubuna imza atan Fuad Aslanov olub. O isə bu imza atmadığını iddia edir. Onda niyə bir sədr kimi bu cinayətlərin baş verməsinə şərait yaradıb? 

Sədr müavini Arif İsmayılov da məsuliyyətdən yayınmaq üçün evin satılmasında xəbəri olmadığını və istintaqda bu məsələdən xəbər tutduğunu deyir.

Lakin ipoteka yüklü mənzillər bankın balansına daxil edilir və həftəlik olaraq mühasib tərəfindən sədr və müavininə məlumat verilir. Sadəcə bu cinayətdən yayına bilməsinin səbəbi Fuad Aslanovun qardaşının Rüfət Aslanlı olması və vəzifə səlahiyyətindən istifadə etməsidir. Onun dələduzlara himayədarlıq etməsi prezidentimizin siyasətinə birbaşa zidd hərəkətdir”.

P.S. Qarşı tərəfi dinləməyə hazırıq.
 
NUH.az