Robert Koçaryan yenidən həbs edilib

Robert Koçaryan yenidən həbs edilib

25-06-2019 17:34 / Bu xəbər 924 dəfə oxundu

"1 Mart" işi üzrə təqsirli bilinən Robert Koçaryan həbs ediləcək. 

Bu qərarı çərşənbə axşamı Ermənistanın Apellyasiya Məhkəməsinin hakimi Armen Danielyan açıqlayıb.

Bununla o, prokurorluğun və zərərçəkmiş tərəfin Yerevan məhkəməsinin Qarabağ liderlərinin şəxsi təminatı ilə azad edilməsi haqqında qərarından verdikləri şikayəti təmin edib. Prokurorluq birinci instansiya məhkəməsinin qərarını ləğv etməyi və Koçaryanı yenidən həbs etməyi xahiş edib.

Mayın 18-də Koçaryan həbsdən azad edilib.

Koçaryan 1 mart 2008-ci il tarixində hakimiyyəti qəsb etməkdə və konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Həmin vaxt onun əmri ilə ordu və polis etirazçıları dağıdıb, bu zaman 10 nümayişçini öldürüb.

Turan İA