Ronaldonun transferinin detalları açıqlandı

Ronaldonun transferinin detalları açıqlandı

01-09-2021 02:10 / Bu xəbər 3461 dəfə oxundu

Ronaldonun "Mançester Yunayted"də transferinin maliyyə detalları açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu haqda "Yuventus"un rəsmi saytı məlumat yayıb. Futbolçunun 15 milyon avro qarşılığında İngiltərə klubuna transfer olunduğu bildirlib. 

Bu ödəmə isə 5 il ərzində həyata keçiriləcək. Bununla yanaşı "Mançester Yunayted" futbolçunun performansına uyğun olaraq 8 milyon avro əlavə ödəniş edəcək. 

"Mançester Yunayted" 36 yaşlı hücumçu ilə 1+1 illik müqavilə bağlayıb. 

Ronaldo 2018-ci ildə 117 milyon avroya "Real"dan "Yuventus"a transfer olunmuşdu. 

O, İtaliya klubunda 3 mövsüm ərzində meydana çıxdığı 133 oyunda 101 qola imza atıb. 

Hücumçu "Yuventus"la birlikdə iki dəfə A Seriyasının çempionu olub. Bununla yanaşı, bir dəfə İtaliya kubokunun, iki dəfə isə superkubokun qalibi olub.