Rüşvət alan polislər tapıldı - Yoxlamalar başladı

Rüşvət alan polislər tapıldı - Yoxlamalar başladı

06-07-2019 00:59 / Bu xəbər 941 dəfə oxundu

Yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alan polislər artıq müəyyən edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, həmin polis əməkdaşları barəsində Bakı Şəhər Baş Polis İdarəsində xidməti yoxlama aparılır: "Yoxlamanın nəticəsinə uyğun olaraq, onların barəsində qərar veriləcək”.

Ötən gün sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.