Məhkəmə Rüfət Səfərov barədə 4 ay həbs qətimkan tədbiri seçib

Məhkəmə Rüfət Səfərov barədə 4 ay həbs qətimkan tədbiri seçib

04-12-2024 20:01 / Bu xəbər 66 dəfə oxundu

Dekabrın 4-də Bakının Binəqədi Rayon Məhkəməsi hakim Aytəkin İbrahimovanın sədrliyi ilə "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Səfərov Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma)  maddələri ilə ittiham olunur.

Vəkil Elçin Sadıqov bildirib ki, işə hakim Aytəkin İbrahimovanın sədrliyi ilə baxılıb. 

"Rüfət Səfərovun cinayət törətməsi ilıə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədi. Yalnız həbs qəti imkan tədbiri barədə təqdimar verildi. Biz ev dustaqlığı ilə bağlı vəsatət verdik. Məhkəmə vəsatəti təmin etmədi”, - deyə vəkil bildirib.

Rüfət Səfərov məhkəmədə bildirib ki, həbsi hüquq müdafiəçisi fəaliyyətinə görə qisas  məqsədi daşıyır. 

Eyni  zamanda həbsi onun ABŞ-da mükafat almasının qarşısını lamaq üçün həyata keçirilib.   

O qeyd edib ki, "Elmar Hüseynov kimi nəticə gözləyib, həbs edilməsi daha "yüngül cəza” olub”. 

Müdafiə tərəfi apelyasiya şikayəti  verəcək.