Rusiya ABŞ-ın yüksək çinli məmurlarına sanksiya tətbiq etdi
17-04-2021 10:45 / Bu xəbər 2724 dəfə oxundu
Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın bəzi keçmiş və hazırkı yüksək rütbəli məmurlarına qarşı sanksiya tətbiq edildiyini açıqlayıb (currenttime.tv).
Rəsmi Moskva aşağıdakı şəxslərin ölkəyə girişinə qadağa qoyub:
- Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey;
- Milli Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Avril Heyns;
- Baş prokuroru Marrik Qarland;
- Federal Həbsxanalar Bürosunun (FHB) direktoru Maykl Karvahal;
- daxili təhlükəsizlik naziri Alehandro Mayorkas;
- prezidentin daxili siyasət üzrə müşaviri Süzan Rays;
- ABŞ-ın BMT-dəki keçmiş səfiri, eks-prezident Trampın təhlükəsizlik müşaviri Con Bolton;
- MKİ direktoru Robert Vulsi.
Nazirliyinin açıqlamasında bildirilir ki, qərar "Vaşinqtonun son sanksiyalarına cavab olaraq" və bu şəxslərin "anti-Rusiya kursunun həyata keçirilməsində" iştirakına görə qəbul edilib.












