Rusiya AŞPA-ya üzvlüyünə yenidən baxa bilər

Rusiya AŞPA-ya üzvlüyünə yenidən baxa bilər

07-07-2021 17:57 / Bu xəbər 2226 dəfə oxundu

Hazırda Rusiya AŞPA-nın Parlament Assambleyasında iştirak etməkdən heç nə qazanmır, fasilə götürmək heç də pis olmazdı. 

"RIA Nobosti"-nin iyulun 7-də verdiyi xəbərə görə, bunu Rusiya Dumasının vitse-spikeri Pyotr Tolstoy deyib. 

Bundan əvvəl Tolstoy Rusiya əleyhinə bir sıra qərarların qəbul olunduğu vaxt AŞPA-nın iclasını tərk etmişdi. 

"İş burasındadır ki, xarici siyasətlə bağlı həll qərarlarını Rusiya prezidenti qəbul edir. Mənim şəxsi fikrim isə belədir: hazırda bu təşkilatda iştirak etməkdən Rusiya heç bir fayda əldə etmir... Fikrimcə, necəsə fasilə götürmək pis olmazdı", - deyə Tolstoy bildirib. 

Onun sözlərinə görə, AŞPA Parlament Assambleyası beynəlxalq hüquqa əhəmiyyət vermədən "sadəcə özünün diktə etdiyi norma və qaydaları rəhbər tutur".