Rusiya azərbaycanlı jurnalisti axtarışa verdi

Rusiya azərbaycanlı jurnalisti axtarışa verdi

11-05-2022 12:37 / Bu xəbər 2198 dəfə oxundu

Rövşən Əsgərovun Jukovu təhqir etdiyi iddia olunur

Rusiya Daxili İşlər Nazirliyi "Nə? Harada? Nə vaxt?” televiziya oyununun iştirakçısı, azərbaycanlı jurnalist Rövşən Əsgərov barəsində axtarış elan edib.

Nazirliyin mayın 10-da yaydığı məlumatda qeyd olunub ki, aprelin sonunda İstintaq Komitəsinin müstəntiqləri Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi) üzrə cinayət işi açıblar.

İstintaq iddia edir ki, o, aprelin 6-da "Facebook” səhifəsində Sovet İttifaqı marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən məlumatlar yazıb.

Əgər R.Əsgərov saxlanılarsa, onu 5 milyon rubla qədər cərimə və ya 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

49 yaşlı Rövşən Əsgərov Azərbaycan və Rusiya vətəndaşıdır. Əsasən Moskvada yaşayır.

2009-cu ildən "Baku” jurnalının direktorudur.

Jurnalın baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.