Rusiya BMT-yə müraciət etdi - Milyonluq ərazi iddiası
06-08-2015 13:08 / Bu xəbər 1283 dəfə oxundu
Rusiya Şimal qütbünün 1,2 milyon kvadrat kilometrlik ərazisinin ona aid olduğunu iddia edərək yenidən BMT-yə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi yazılı bəyanat yayıb.
Bəyanatda beynəlxalq dəniz hüququna görə Rusiyanın sahil xəttindən Şimal qütbünə 350 dəniz mili (648,2 km) qədər məsafə olduğu və bu ərazinin Rusiyaya verilməsi tələb edilib.
Qeyd edək ki, Rusiya 2002-ci ildə də BMT-yə oxşar müraciəti etmiş, lakin kifayət qədər məlumat olmadığı üçün bu istək rədd edilmişdi.
Rusiyadan əlavə ABŞ, Kanada, Danimarka və Norveç də Şimal qütbündə ərazi iddiaları ilə çıxış edir.












