Rusiya DİN Zalujnı axtarışa verdi
30-05-2023 18:09 / Bu xəbər 612 dəfə oxundu
Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı barəsində axtarış elan edib.
"RİA Novosti" agentliyi nazirliyin məlumat bazasına istinad edən məlumat yayıb.
"Axtarış üçün əsas: Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır", - deyə Zalujnının məlumat kartında qeyd edilir.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanının hansı maddə ilə axtarıldığı açıqlanmır.
Son həftələrdə Rusiya təbliğatı Zalujnının "yoxa çıxması” və "ağır yaralanması” ilə bağlı informasiyalar yayıb.
Ukrayna Silahlı Qüvvələri Rusiya təbliğatını təkzib edərək, baş komandanla birgə video yayımlayıb.
Nizami Bağırov