“Rusiya döyüşə hazırdır” - Putin
10-11-2015 03:52 / Bu xəbər 1759 dəfə oxundu
Rusiya prezidenti Vladimir Putin, Suriyadakı əməliyyatların ordunun döyüşə hazırlıq səviyyəsini yüksəltdiyini bildirib.
Ölkənin müdafiə problemlərinin müzakirə edildiyi toplantıda çıxış edən Putin, Suriyadakı döyüşlərin rus ordusunun hazırlıq səviyyəsinin yüksək səviyyədə olduğunu sübut etdiyini vurğulayıb: "Hərbi təlimləri sayəsində döyüşə hazırlıq səviyyəmiz və Silahlı Qüvvələrimizin imkanların yüksəldi. Suriya hökumətinin xahişi ilə apardığımız terrorla mübarizə əməliyyatları da rus ordusunun gücünü sübut etdi”.
Putin onu da deyib ki, bu əməliyyatlarda həmçinin ordunun manevr imkanlarının və hərbi hazırlıq səviyyəsinin yüksək olması təsdiqlənib: " Bunu "Mərkəz 2015” təlimləri də sübut etdi”.
Putin Rusiyanın müdafiə sisteminin aktiv şəkildə çalışdığını və ordunu yeni raket sistemləri, nüvə və çox məqsədli sualtı və dəniz üstü gəmilərlə təchiz etdiyini açıqlayıb.
Arqument.Az












