“Rusiya Ebola kimi təhlükəlidir” – Obama

“Rusiya Ebola kimi təhlükəlidir”   – Obama

15-01-2014 10:03 / Bu xəbər 849 dəfə oxundu

ABŞ prezidenti Barak Obama Avstraliyanın Brisben şəhərində çıxış edərək Rusiyanı Ebola virusu ilə eyniləşdirib. 

Bu haqda məlumatı Reuters agentliyi yayıb. 

“Hazırda dünya ictimaiyyəti üçün iki təhlükə var. Onlardan biri Qərbi Afrikada tüğyan edən Ebola virusudur. İkincisi isə Ukraynaya qarşı işğalçılıq siaysəti həyata keçirən Rusiyadır. Bu haqda MH17 reysilə uçan sərnişin təyyarəsinin qəzaya düşməsindən sonra qərara gəldik”, - deyə Obama sammitdə sərt danışıb. 

Qeyd edək ki, sentyabr ayının 24-də BMT-nin 69-cu Baş Assambleyasında dünya üçün 3 təhlükənin adını çəkib və Ebola, Rusiya ilə yanaşı İslam Dövlətinin də adını çəkib. 

Bu il iyul ayının 17-də Amsterdamdan Kuala-Lumpur şəhərində uçan “Malaysia Airlines” avia şirkətinə məxsus sərnişin təyyarəsi separatçıların tabeliyində olan Donetsk yaxınlığında qəzaya düşüb və 298 nəfər faciəli şəkildə dünyasını dəyişib.(AzNew.az)

Arqument.az