Rusiya əlaqələri bərpa etmək üçün Azərbaycan və Ermənistana səsləndi

Rusiya əlaqələri bərpa etmək üçün Azərbaycan və Ermənistana səsləndi

14-10-2021 13:08 / Bu xəbər 609 dəfə oxundu

Rusiya Azərbaycan və Ermənistan arasında əldə olunan razılığın həyata keçirilməsinə ümid edir.
 
TASS-ın məlumatına görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Avrazisiya qadın forumu çərçivəsində Azərbaycan parlamentinin spikeri Sahibə Qafarovayla görüş zamanı deyib.
 
"Rusiya Azərbaycan və Ermənistanın Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsi, qarşılıqlı iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılmasına dair razılığın öhdəliklərini icra edəcəklərinə ümid edir. Əlbəttə, narahat oluruq, əlbəttə, istəyirik ki, əlaqələr bərpa olunsun, bununla da qarşılıqlı iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması prosesi getsin", - deyə Valentina Matviyenko qeyd edib.