Rusiya Ermənistana bu silahları verəcək - SİYAHI+FOTO

Rusiya Ermənistana bu silahları verəcək - SİYAHI+FOTO

30-04-2016 14:45 / Bu xəbər 3218 dəfə oxundu

Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində İrəvanın Moskvadan alacağı silahların həcmi və siyahısı artıq bəllidir.

Ermənistanın müdafiə naziri Seyran Ohanyan "Azatutyun"a bildirib ki, həmin kredit çərçivəsində silah və hərbi texnikanın alınması ilə bağlı müqavilənin imzalanması artıq başa çatmaqdadır.

"Razılaşma əldə olunub, indi sənədlərin imzalanma mərhələsindəyik. Kreditin verilməsi ilə bağlı yekun qərar bu yaxınlarda verildiyindən indi işlərin templərini sürətləndirməyə çalışırıq", - Ohanyan deyib.

Rusiyanın Ermənistana 200 milyon dollarlıq dövlət ixrac krediti ayırması barədə anlaşmanı Ermənistan hökuməti aprelin 15-də imzalayıb. Kredit Rusiyadan hərbi təyinatlı məhsulların alınmasını nəzərdə tutur.

Anlaşmaya görə, krediti İrəvana 2018-ci ildən başlayaraq 10 il ərzində ödəməlidir. Lakin, əslində, Rusiya faktiki olaraq bu məbləği Ermənistana bağışlayıb.

Anlaşmanın şərtlərinə görə, Rusiya Ermənistana "Smerç" reaktiv artilleriya sistemləri və sursatlar, "İqla-S" zenit-raket kormpleksləri, "Avtobaza-m" radiokəşfiyyat komppleksləri, TOS-1A ("Solntsepyok") ağır odpüskürmə sistemləri, idarə olunan 9M113M raketləri, RPQ-26 qumbaraatanları, SVD snayper tüfəngləri, "Tiqr" zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri yollayacaq. (millli.az)

Arqument.Az