Rusiya etatik psixopatdırsa, ABŞ qlobal ekopatdır!

Rusiya etatik psixopatdırsa, ABŞ qlobal ekopatdır!

30-07-2020 17:48 / Bu xəbər 3013 dəfə oxundu

Rəşad Ramazanov
Keçmiş siyasi məhbus

Totalitarizmin zirvəsi olan diktatura etnosun kosmik xarakterini modifikasiya və hətta inversiya edərək çox böyük sosial və pnevmatik (mənəvi) problemlərə bais olur. Çünki hər hansı bir etnos üzərindəki hakimiyyət bir şəxs və ya bir ailə və ya bir klanın əlində və ya nəzarətində olmamalıdır. Əfsus ki, bizim cəmiyyətdə həm şəxs, həm ailə, həm də klan diktaturası hökm sürür. 

Şarl de Monteskyö çox dəqiq təsbit edib: 

"Əgər qanunverici və icraedici hakimiyyət bir şəxsin, yaxud klanın əlində birləşsə, bu zaman azadlıq olmayacaq. Belə ki, bu hökmdarın, yaxud senatin müstəbid qanunlar yaradacağı və bunları müstəbidcəsinə tədbiq edəcəyi təhlükəsi yaranacaqdır!" 

Jan Jak Russo isə avtoritar və despot hakimiyyəti belə təsvir edir: "Əgər mən indiyə kimi rədd etdiklərimlə razılaşsaydım, despotizmin tərəfdarları bundan çox az şey qazanardılar. Kütləni özünə tabe etməklə normal cəmiyyəti idarə etmək arasına çox böyük fərq var. Əgər insanları növbəylə bir nəfər əsarətə alırsa, mən onların miqdarından asılı olmayaraq burada xalqı və onun başçısını deyil, yalnız ağanı və qulu görürəm! Bilmək istəyirsinizsə bu birlik deyil, insan yığnağıdır. Burada nə ümumi nemətlər var, nə də siyasi orqanizm. Bu cür insan hətta dünyanın yarısını əsarət altına almış olsa, vur-tut fiziki şəxs olacaq, onun digər insanların mənafeyindən ayrılmış mənafeyi vur-tut şəxsi mənafe olacaq. Əgər bu insan həlak olarsa o zaman onun dövləti də dağılacaqdır, necə ki alovun yandırdığı taxta dağılıb külə çevrilir!" 

Əgər etnik sistem etatik sistemdən razı qalırsa və yaxud etatik siyasətə adaptasiya olursa bu zaman etnos DAOdan (doğru yoldan) kənara çıxır. Bu barədə uca Allah buyurur: "Bu cəzanın səbəbi budur ki, bir etnos özlərində olan gözəl əxlaq və xüsusiyyətləri dəyişdirmədikcə, Allah da onlara verdiyi nemət və gözəllikləri dəyişdirməz!"(Ənfal, 53) 

Dövlət və ya hakimiyyət diktaturasına dözən və ya bu zülmü haqq bilən hər bir xalq və ya toplum müxtəlif kosmik bəlalara düçar olur. Yaradan buyurur: "Başınıza gələn hər bir bəla öz əllərinizlə etdiklərinizə görədir! Buna baxmayaraq Allahın əfvi genişdir!"(Şura, 30) 

Bəli, Allahın əfvi genişdir və əfv olunmaq üçün zülmə qarşı ən azı sözlə və ya bəddua ilə çıxmaq vacib və lazımdır!

Totalitar və avtoritar mühitin və ya rejimin ən böyük fitnəsi hər şeyin yaxşı olduğu və ya hər şeyin yaxşılığa doğru daha da inkişaf etdiyi, mövcud şəraitlə barışmaq və yaxud zülmə etiraz etməmək fikrini idrakına tam nəzarət edə bilməyən insanlara təqdim, təlqin və təbliğ etməsidir. Bu yolda Amonhotep, Salmanasar, Homer, Konfusi, Sezar, Avqustin, Müaviyə, İohan Dəməşqi, Qadı Şureyh, Əvzai, Matrudi, Əl-xəllal, Qazali, Dante, Kondorse, Kalvin, Ouen, Ət-təmimi, Cövdət Paşa, Lenin, Stalin, Bay Kəmal və digər minlərlə, hətta on minlərlə yalançı alim, rəbər və mütəfəkkir (təbirlər caizsə!) həqiqətlərlə qarışdırılmış yalanlarla totalitarizm "dəyirmanına" lazım olan qədər "buğda" tökmüş və tökməkdədirlər! 

Bu tip rəhbər və alimlər(əgər bunlara alim və rəhbər demək mümkünsə!) üçün istənilən əqidə vasitə ola bilər. Əfsus ki, bu tip şarlatanların ən çox vasitə etdiyi din olmuşdur. Hazırda da modern texnologiyadan vasitə kimi istifadə edirlər!

Biz deyəndə ki insan təbiəti etibarı ilə ən azı neytraldır, hər halda yaxşı deyil, təkamülçü şarlatanlar bizə ağız büzür, özlərində bizə qarşı ikrah hissi yaradırlar! Əlbəttə, şarlatanın hər hansı bir narahatlığı yaxşı əlamətdir! Çünki bu haqqın batilə təzyiqindən doğur! Hər şeyin tərəqqi etdiyi fikrində olan şarlatanlara bizdən əvvəl də mübarizə aparıb haqq sözünü deyən alimlər olub. 

Böyük Hun filosofu Syun-Tszı eramızdan bir-neçə yüz il əvvəl bu həqiqəti belə izah edirdi: "Öz təbiətinə görə insan bədxahdır. Onun xeyirxahlığı əməli fəaliyyəti nəticəsində yaranır. Insan qazanmaq, əldə etmək kimi instinktiv arzu ilə doğulur. O, bu arzu ilə yaşayıb ona əməl edirsə nəticədə talan etmək, soymaq meyilləri inkişaf edir və güzəştə getmək istəyi yoxa çıxır! Insan paxıllıq və bədxahlıq hisslərilə doğulur! Əgər bu cəhətlərdən ayrılmırsa nəticədə amansızlıq və xəyanət baş qaldırır, səmimiyyət və sədaqət yoxa çıxır!"

Syun-Tszı bu sözlərilə Ratseli, Nitşeni, Ritteri, Şpenqleri 2500 il qabaqlayaraq həm antropologiyanın, həm antroposofiyanın, həm də siyasi coğrafiyanın ilk aksiomlarını yaratmışdır. Hələ vaxtı ilə Platon yazırdı ki, "hər bir adamda hansısa qorxunc, qanunsuz və vəhşi bir arzu yaşamaqdadır!” 

Bu elə həmən şeydir ki, Allahın sonuncu nəbisi Məhəmməd əleyhissalam onu insanın daxilindəki şeytan adlandırırdı. İnsanın şeytanlaşması, öz şeytani arzularına tabe olması və bunun da nəticəsində yer üzündə müharibə və konfliktlər törətməsi, hələ üstəlik bütün bu iyrəncliklərə xeyirxahlıq və xilaskarlıq donu geyindirməsi Syun Tszı və onun kimi düşünən hər bir alimin haqlı olduğunu göstərir. Bu fikir Quranın məntiq və fəlsəfəsinə də uyğundur. 

Uca Allah buyurur: "Həqiqətən insan çox aqressiv(destruktiv) yaradılmışdır! Ona bir pislik üz verdikdə fəryad qoparar. Ona bir xeyir nəsib olduqda isə xəsis olar. İbadət edənlər istisnadır. O kəslər ki, daim ibadət edirlər!”(70/19-23) Aqressiv və destruktiv "mən”dən qurtulmaq üçün yalnız bir yol var – böyük Yaradana itaət və ibadət etmək! 

Söhbət mexaniki yox, dinamiki ibadətdən gedir! Yəni saleh və zülmə yağı olmaq! Bunu mən yox, böyük Yaradan özü deyir. Təbiətə və içindəkilərə zülm və əzab verən yeganə məxluqdur zalım insan! Bu ad ona yaraşmasa da, hər halda bu adı ona veriblər və o belə adlanır. Faciəvi, dağıdıcı, eyni zamanda zəif və ağılsız bir fiqur olan insan! Insan – totalitarizmin obyekti və subyekti! Yer üzündə haqsızlığa qarşı mübarizələrin təməlləri üzərində qurulmuş elə bir ideya yoxdur ki, bu iyrənc və təhlükəli sistemə - totalitarizmə qarşı müharibə elən etməsin. 

İslam ideyası bütün bu ideyaların başında gəlməkdədir. Əlbəttə, söhbət firqə və məzhəb islamından deyil, Quranın İSLAMINdan gedir! Böyük insan, sonuncu Nəbi Məhəmməd salavatullah da total mühitə qarşı çıxan insanların ən böyük lideridir. Ondan «cihadın ən üstünü hansıdır?» deyə soruşduqda buyurmuşdu: «Allah yanında ən üstün cihad zalım hökmdarın üzünə haqqı söyləmək və buna görə qətl edilməkdir!» 

Rəsulullahın mübarək dilindən çıxan bu haqq çağırışa əməl edənlər varmı?! Bizim məmləkətdə bəlkə heç bir nəfər də tapılmaz! Bu da təbiətdən və təbiilikdən məhrum olmağın nəticəsidir. Əgər demokratlara görə zalım hökmdarlar tiran adlanırsa, İslama və ya teodemakratlara görə əsl canlı büt olan zalım dövlət başçıları tağut adlanır! 

Tağut və ya tiranlara və ya mufsidlərə qarşı mübarizə aparmaq qəlbində zərrəcik qədər vicdanı, insafı və imanı olan hər kəsin borcu və vəzifəsidir! Yer üzündə sosial azadlıq mövcud olmayana kimi qlobal problemlərin çözülməsindən danışmaq ya səfehlikdir, ya da bir daha bəşəriyyəti aldatmaqdır! Sosial azadlığa da yalnız o zaman nail olmaq olar ki, kosmik qanunlara sosial formada və xalq olaraq könüldən itaət edilsin və despotizm yox olsun! 

Kosmik qanunlara, başqa sözlə Qurana mükəlləf olduğu qədər itaət etməyən hər bir fərd, hər bir xalq və hər bir dövlət yoxluğa məhkumdur. Bu gün zülm və haqsızlıq bütün dünyaya sirayət etmişdir. Bəşəriyyət qlobal forma və halda zülm və fəsad dənizinin dalğaları arasında qərq olmuşdur! Təbii və fitri olan nə varsa zalım hökmdarların siyasi oyunlarına qurban getmişdir! Yaxın tariximizdən bir misal verim. Məsələn, illuminat narkobaronların himayəsilə abşda hakimiyyətə gələn buşun verdiyi bir qərarla Əfqanıstan və iraqın ekosistemi məhv olub getdi! 

Mufsid Buş əfqan xalqını və əfqanstan ekosistemini məhv etmək üçün çoxları üçün məchul subyekt, ümmətin böyük çoxunluğunun nəzərində müsəlmanların Spartakı hesab edilən Üsamə bin Ladeni bəhanə etdiyi kimi, İraq xalqının genfondunu məhv edib təbii sərvətlərini talamaq üçün də özü kimi mufsidbaşı Səddamı bəhanə etdi! 

İraqı işğal etməklə yalnız və yalnız neft və qaz ehtiyatlarının sayını artırmaq və bu təbii sərvətlərdən uzunmüddətli istifadəni təmin etmək məqsədi güdülürdüsə, Əfqanıstanın işğalında tamam başqa məqsəd vardı! Dindar taliblər böyük zəhmət bahasına əfqanıstanda kriminal hakimiyyəti devirmişdilər. Bunun ən ağır nəticəsi narkotik ticarətinin liderlərinə dəyirdi. Çünki taliblər narkoplantasiyaları məhv edir və narkotik maddələrin dünyaya sərbəst yayılmasına imkan vermirdilər. Düzdür, arada özləri də narkotik qəbul edib uysalar da, narkomaqnat və narkobiznesmenləri ağır şəkildə cəzalandırırdılar. Bunu görən böyük mason-illuminat narkobaronlar buş kimi bir məlunu abş-da hakimiyyətə gətirmək üçün hər cür vasitələrə əl atdılar və nəhayət arzularına çatdılar! 

Rasist Buş da narkobaronların arzularını canla-başla yerinə yetirdi. Məhşur sentyabr hadisələrini də rokfellerin planı əsasında törədib abş xalqını "müsəlmanlar bizi terror edir!" siyasi şivən şousu düzəldərək qandıra bildilər! Dəccal buş havadarları ilə bahəm ABŞ dövləti və havadarlarının rasist-satanik xislətini anlayan və profan-modernizmi qəbul etməyən müsəlmanları terrorist, bandit, cani və başqa vandal və barbar terminlərlə damğalamağa, bu yalan və böhtan daşıyan damğaları nəinki Qərb dünyasına, büsbütün bəşəriyyətə həqiqət kimi təqdim, təlqin və təbliğ etməyə nail oldu! Xülasə, bircə siyasi istəyin gerçəkləşməsi kifayət etdi ki, Əfqanıstan və İraq ekosistemi məhv olsun! 

Görkəmli tarixçi Kreveldin sözlərilə desəm, "Bu proses bizi orta əsrlərə aparır. İmperatorun yerində abş prezidenti, roma papasının yerində isə bmt-nin baş katibi durur! Orta əsrlərdə olduğu kimi prezident hərbi qüvvəyə malikdir. Baş katib isə ictimai rəy üzərində hökmran olmağa cəhd edir!” 

Orta əsrlərdə imperator və sultanlar öz zülm və təcavüzlərinə dini don geyindirmək üçün papa və şeyxlərdən necə istifadə edirdilərsə, istədikləri fətva və qərarları ala bilirdilərsə, bu gün xüsusi olaraq abş qapalı totalitar rasist imperiyası da bmt-dən istədiyini ala bilir. Modern altura avtoritar imperiya olan ABŞ BMT-dən Yaponiyada, Vyetnamda, Kosovada, Küveytdə, Somalidə, Yəməndə, İraqda, xüsusilə Əfqanıstanda "terrorçulara” qarşı müharibə aparmağa "icazə” istəyir və heç bir zaman onun istəyi rədd edilmir, ən pis halda bir az yubadılır! 

Modern satanik imperiya qloballaşma, qlobal təkamül adı altında min oyundan çıxır! Sorrel demişkən, "dünya qloballaşmır, dünya amerkanlaşır!” 

Bu sonuncu söz o qədər böyük həqiqətdir ki, buna şahid olmaq üçün sadəcə ətraf mühitdə təkcə bəzi qadınlarımızın davranışına, geyim tərzinə, ABŞ-ın bar və kazino fahişələrini, porno-ulduzlarını manqurtcasına necə təqlid etdiklərinə nəzər salmaq kifayət edər! 

Az qala bütün dünya amerikan paltarı geyir, amerikan video filmlərinə baxır, qamburger yeyir, amerikan porno kanallarını seyr edir və s. Budur bizim cəhd etdiyimiz modernizm və ya amerkanizm! 

Vaxtı ilə Roma imperiyasının bəşəriyyətin və bütün dünyanın başına gətirdiklərini, bu gün abş imperiyası modernizm qəlibində davam etdirir. Əski zamanların roması digər etnos və dövlətlərin haqlarını barbar, qul, vandal damğaları ilə əllərindən necə alırdılarsa, bu gün Yeni Roma olan ABŞ terrorist, bandit, separatçı, antidemokrat və digər damğalar vuraraq məzlum və zəif xalqlara təcavüz edir. 

Keçmişdə təkcə roma şəhərinin sərvəti bütün digər xalqların birlikdə malik olduğu sərvətdən qat-qat çox olduğu kimi, bugünkü kasıb xalqların da sadəcə normal amerikanlı kimi yaşaması üçün, dərin tədqiqatçıların hesablamalarına görə 4 yer planeti lazımdır. Ən az sərvətə malik abş milyarderi ən azı Avstraliya qitəsini saxlaya biləcək sosial-ekonomik qüdrətə malikdir. 

Dünyanın ekonomik mərkəzinə birbaşa abş nəzarət edir ki, bu heç kimdən gizli deyil. Potensial totalitar və açıq imperialist dövlət olan ABŞ-ın köləsi BMT özü etiraf edir ki, ABŞ-ın ailə-klan milyarderlərinin, başqa sözlə, modern qarunların illik gəliri yer kürəsi əhalisinin illik gəlirinin yarısından çoxdur. Modern qarunlar oğurladıqları və taladıqları dünya sərvətlərini şəxsi mülkiyyətləri etmək üçün dəridən-qabığdan çıxırlar! Bunun üçün bəşəriyyətin sayını və gücünü azaltmaq və özlərindən sosial-ictimai diqqəti yayındırmaq üçün hər şeyə hazırdırlar! Hətta ən təhlükəlisi və ən iyrənci odur ki, seksual maltusçuluq və seksoseparatçılıq olan homoseksuallıq və abortu i"nsan haqqlarını qorumaq" adı altında kütləvi şəkildə yaymağa çalışırlar! Maltusçuluq və genosid hər sahədə tətbiq edilir. Çünki azı idarə etmək, manqurtlaşdırmaq, nəzarətə götürmək, çoxu zombiləşdirərək idarə etməkdən daha rahat və daha asandır...

Məlum olduğu kimi ətraf mühitdəki qlobal problemlərdən biri də sürətli əhali artımı ilə bağlıdır. Bu problemin dərin analizi göstərir ki, əgər əhali artımı mövcud sürətlə davam etsə, XXI-ci əsrin ortalarında insan sayı təbii sərhəddi keçəçək. Bunun da nəticəsində həm əhalidə, xüsusi ilə Qərb sivilizasiyası əhalisində, həm də sərmayədə qarşısı alınmaz xaotik bir azalma özünü göstərəcəkdir. Bu baxımdan sərhədli və tükənən dünyada yaşadığımız üçün sürətli artım əvvəl-axır bu sərhədlərin biri və yaxud da bir neçəsini keçməlidir. Çünki bütün təbii və sosial-ekonomik resurslara nəzərat bir qüvvənin əlində cəmlənmişdir və çoxalma prosesi nəzarəti bu qüvvənin kontrolundan çıxara bilər! 

Çoxalmaq və artım Allahın əmr və ya istəklərindən biridir ki, Quranda açıqdan bunu söyləmişdir! Uca Allah buyurur: "O, göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir!" 

Göründüyü kimi, çoxaltmaq və artım Xaliqin politikasıdır və marağındadır. Amma totalitar və imperialist rejimlər hər sahədə olduğu kimi bu məsələdə də Allahın əksinə gedirlər! Antiallah politikası bunların həm ideologiyası, həm də yaşayış tərzidir! Siyasi iqtisadda bu problemdən çıxış yolu kimi buqələmunsayağı "sabit vəziyyət” anlayışı irəli sürülür. Bu anlayış guya əhali artımı və azalması arasındakı təbii tarazlıq və balansı ifadə edir. Halbuki cazibədar terminlərlə öz mənfur niyyətlərini gizlətməyə çalışırlar! 

Başqa dövlət və xalqları artmağa, varlanmağa və inkişaf etməyə qoymamaq birbaşa qapalı rasist və gizli faşist dövlət olan ABŞ-ın marağındadır. Axı, Qərbin, xüsusən də ABŞ-ın harınlamış lyuks və modern həyat şəraitini Cənubi Amerika və Afrikanın yoxsulları vasitəsilə banan, ananas və digər tropik meyvələrlə, bədəvi və savadsız ərəblər vasitəsilə də qaz və neftlə təmin etmək lazımdır! 

Braziliyalı və ya sudanlı varlanarsa, bədəvi ərəb maariflənərsə, iran nüvə silahı əldə edərsə, Türkiyə kamalizm sindromundan xilas olarsa, Qərbi, xüsusilə də qapalı anqlosaks totalitar rejim olan ABŞ-ı nə gözləyər?! Braziliyalı və ya ekvadorlunun hər üç bananından ikisi mütləq amerikanlıya çatmalıdır! Afrikada saysız-hesabsız canlı resursların tələf olunması hesabına başa gələn platin, qızıl, tantal və digər metallardan hazırlanan zinət əşyaları amerika və avropa fahişələrinin məhrəm yerlərindən asılmalıdır! 

İran nüvə silahı əldə etsə, Qərbin artıq sahib olduğu nüvə silahları ilə təhdid edərək Şərqə nəyisə zorla qəbul etdirə biləcəyi ən azı sual altında olar! Bu gün qlobal problemlərin ortaya çıxmasında ən əsas səbəb və faktorun Qərb mədəniyyətinin Renessans sonrası malik olduğu düşüncə çevrilişinin səbəb olduğunu Qərb alimlərinin də çoxu dərk edir. 

Qərbin məşhur siyasətşünası Hantinqton əbəs yerə demirdi: "Qərb beynəlxalq qurumlardan, hərbi qüdrətindən və iqtisadi ehtiyatlarından istifadə edərək öz üstünlüyünü saxlamaq, maraqlarını qorumaq və iqtisadi və siyasi dəyərlərini yaymaqla dünyanı idarə etməyə çalışır!” 

Frobenius necə də doğru söyləmişdir: "Bütün xalqlar Qərb mədəniyyətinin zülm və istibdadı altında çabalayır!” 

Toynbi də qərbin istibdadını dünyadakı xaosun əsas səbəbi hesab edirdi. 

Lukaçın bu sözləri məşhurdur: "Bizi Qərb sivilizasiyasının boyunduruğundan kim xilas edəcək?!” Bu gün qapalı və alturist totalitar dövlət olan abşdakı "demokratik ictimai-siyasi sabitlik" bizi aldatmamalıdır! Yüngülvari sosial-inqilabi ruhun təzahürü kifayətdir ki, bu cür rejimlərin taxdığı masqa düşsün və totalitar xarakteri açığa çıxsın! 

Unutmaq olmaz ki, qapalı totalitar cəmiyyətdə inqilab və inqilabçılar olmasa, "sabitlik" davam etsə kimin zalim, kimin məzlum olduğu da qapalı qalar! Bu cür totalitar rejimlər eqodemokrat olsalar da, həmişə alturatotalitar olublar! Yəni özləri üçün adil, başqaları üçün zalim olublar. Adil olmaq, hər yerdə, hər zaman və hər kəs üçün adil olmaqdır! Hələ o başqa məsələ ki, özləri üçün adil olmaqları da qapalı və müvəqqəti xarakterlidir! 

Gec-tez bu cür rejimlər öz potensiallarında gizlətdikləri faşist və ya rasist xüsusiyyətləri ən azı lokal miqyasda olsa belə biruzə verir! Qonşumuz olan Rusiya imperiyası da necə deyərlər "az aşın duzu” deyil, amma ABŞ-a çata bilməz! Çünki ABŞ sindiromu qlobal miqyaslı yeganə dini, etnik, etik, ekonomik, ekoloji, politik, bir sözlə kompleks və sistemli sindiromdur! 

Rusiya əgər etatik psixopatdırsa, ABŞ qlobal ekopatdır! Birinci qərbin, ikinci də slavyan-monqol bici sindiromunun "xoşbəxtlik” yolundakı arzu və tələbləri bütün yer üzünü girinci-giriftar edib! 

Açıq-aydın görsənir ki, son üç əsrdə Yer üzündəki etnoaftoritarizmin iki səbəbkarı var: ABŞ və Rusiya!..

Bəşəriyyətin bu aciz və xaotik vəziyyətini fürsət bilən ABŞ istəyir amerkanlaşaq, rusiya da istəyir ki, ruslaşaq! Məşhur sadəlövh düha Nizaminin məşhur misralarına bir balaca əl gəzdirmək yetər ki, bugünkü reallıq tam ifadə edilsin:

Qüvvət zordadır, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-a müəllifin mövqeyi üst-üstə düşməyə bilər.