"Rusiya G8-ə qayıda bilər" - Putin
20-06-2015 10:59 / Bu xəbər 1142 dəfə oxundu
"Rusiya Kanadanın mövqeyinə baxmayaraq, gələcəkdə G8 birliyinə yenidən qoşula bilər”.
APA-nın "gazeta.ru” saytına istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Mən heç kəsin xətrinə dəymək istəmirəm. Lakin ABŞ desə ki, Rusiya G8-ə qayıtmalıdır, o zaman baş nazir fikrini dəyişə bilər”, - deyə Putin bildirib.
Qeyd edək ki, bir müddət öncə Kanadanın baş naziri Stiven Harper Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan edib.












