Rusiya gündəlik neft hasilatının 3 milyon barelini itirə bilər

Rusiya gündəlik neft hasilatının 3 milyon barelini itirə bilər

16-03-2022 16:19 / Bu xəbər 1039 dəfə oxundu

Beynəlxalq Enerji Agentliyinin qiymətləndirməsinə görə, aprel ayından etibarən Rusiya gündəlik 3 milyon barrel neft və neft məhsullarını bazara çıxa bilməyəcək.

Bu barədə "Reuters” BEA-nın məlumatlarına istinadən məlumat yayıb.

"Biz neftin ümumi (Rusiya) ixracatında sutkada 2.5 milyon barel azalma müşahidə edirik ki, bunun da gündəlik 1,5 milyon barel xam neft, 1 milyon barel isə neft məhsulunun payına düşür”, - BEA-nın aylıq neft hesabatında deyilir.

Bundan əlavə, agentlik Rusiyanın neft məhsullarına daxili tələbatının azalacağını proqnozlaşdırır.

"Qadağalar və ya ictimai qınaq sürətləndirilərsə, bu itkilər çoxala bilər", - Parisdə yerləşən BEA-dan bildirilir.

Rusiya gündəlik 7-8 milyon barrel xam neft və məhsul ixrac edir.

BEA 2022-ci ilin II-IV rübləri üçün dünya neft tələbi ilə bağlı proqnozunu sutkada 1,3 milyon barel azaldıb.

 Hazırki proqnozlara görə, dünyada neftə gündəlik tələbat 99,7 milyon barel müəyyən edilib.

BEA-nın bildirdiyinə görə, ikinci rübdə dünya gündəlik 700,000 barel tədarük kəsiri ilə üzləşəcək.