Rusiya mediasında kütləvi istefalar: jurnalistlər ölkəni tək edir

Rusiya mediasında kütləvi istefalar: jurnalistlər ölkəni tək edir

15-03-2022 22:32 / Bu xəbər 765 dəfə oxundu

NTV kanalının müxbiri, jurnalist Vadim Qlusker kanalı tərk edib.

Bu barədə "İnsider" saytı məlumat yayıb.

Vadim Qlusker 1993-cü ildən bu kanalda çalışırdı. 

O, "Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktova istefa verdiyini təsdiqləyib. Bildirib ki, martın 2-də istefa verib. Amma istefa səbəbini açıqlamayıb. 

Bu gün həmçinin jurnalist Janna Ağalakovanın "Birinci Kanal"dan istefa verdiyi məlum olub. 

O, "Insider"a bildirib ki, işdənçıxma ərizəsini martın 3-də yazıb. 

Ağalakova 1995-ci ildən Rusiya televiziyasında çalışır. 

Son illər o, Vadim Qlusker kimi Parisdə müxbir idi.

Bu hadisələrlə bağlı NTV və "Birinci Kanal"dan hələ heç bir şərh gəlməyib.

Bundan əvvəl NTV-nin mətbuat xidməti telekanalın xəbərlər proqramının aparıcısı Liliya Gildeyevanın artıq kanalda işləmədiyini təsdiqləyib. 

Gildeyeva özü də Varlamov News-a təsdiqləyib ki, ölkədən buraxılmayacağını nəzərə alıb ilk olaraq Rusiyanı tərk edib və daha sonra istefa ərizəsi yazıb. 

Gildeyeva 2006-cı ildə NTV-də işləməyə başlayıb və həm də Aleksey Pivovarovla birlikdə "Seqodnya" xəbər proqramında aparıcılıq edib.