Rusiya Nevzorovu axtarışa verib

Rusiya Nevzorovu axtarışa verib

04-05-2022 16:18 / Bu xəbər 2869 dəfə oxundu

Jurnalist yalan məlumat yaymaqda ittiham olunur

Rusiya Daxili İşlər Nazirliyi jurnalist Aleksandr Nevzorov barəsində axtarış elan edib.

1958-ci il təvəllüdlü Aleksandr Nevzorova qarşı Rusiya silahlı qüvvələrinin hərəkətləri barədə qəsdən yalan məlumat yaymaq ittihamı ilə cinayət işi açılıb.

Bildirilir ki, jurnalist martın 9-da "İnstaqram”da (Rusiyada qadağan olunub) və martın 19-da "YouTube”da jurnalist qəsdən yalan məlumat yayıb.

"Onun məlumatında Rusiya Silahlı Qüvvələrinin Mariupol şəhərindəki doğum evini atəşə tutması, atəşdən zərər çəkmiş mülki şəxslərin qeyri-dəqiq fotoşəkilləri əks olunub. Bu görüntülərin yayılması mənbələri Ukrayna mediasıdır”, – deyə Rusiya İstintaq Komitəsi bildirib.

4 çağırış Rusiya Dövlət Dumasının deputatı (1993-2007), konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin üzvü olan A.Nevzorov fevralın 24-dən sonra Rusiyanı tərk edərək İsrailə gedib.

O, 1980-ci illərin sonlarında "600 Saniyə” proqramının müəllifi və aparıcısı kimi tanınıb.