Rusiya Polşanın 5 diplomatını “arzuolunmaz şəxs” elan etdi

Rusiya Polşanın 5 diplomatını “arzuolunmaz şəxs” elan etdi

23-04-2021 14:51 / Bu xəbər 1728 dəfə oxundu

Rusiya Polşa səfirliyinin 5 əməkdaşını "persona non grata” elan edib.

Bu barədə aprelin 22-də Rusiya XİN-dən məlumat verilib. 

Polşanın üç Rusiya diplomatını ölkədən çıxarması haqqında qərarına cavab olaraq Moskva Polşa səfirliyinin 5 əməkdaşını "persona non grata” elan edib və onların 15 may 2021-ci il tarixinə qədər Rusiya ərazisini tərk etmələri tələb edilib.

Bundan əvvəl Polşanın Rusiyadakı səfiri  Kşiştof Kreavski Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılmışdı. 

Ondan Polşanın Rusiya diplomatlarını ölkədən çıxarması ilə bağlı izahat tələb edilib. 

Polşa Rusiyanın bu ölkədəki səfirliyində çalışan 3 diplomatı ölkədən çıxardığını bildirib. Buna cavab olaraq Rusiya XİN Moskvadakı 5 Polşa diplomatını ölkədən çıxaracağını bəyan edib.