Rusiya rublu "dibə vurdu"

Rusiya rublu   "dibə vurdu"

24-01-2014 14:07 / Bu xəbər 1029 dəfə oxundu

Bu gün ilk dəfə olaraq rus rublu avro və dollara nisbətdə rekord həddə ucuzlaşıb.

 Moskva birjasında bir avro daha 19 qəpik bahalaşaraq 53.002  rubl olub.

 

Rusiya Maliyyə nazirinin müavini Aleksey Moiseyev məsələ ilə bağlı verdiyi açıqlamasında panikaya düşməməyə çağırıb:

“Rusiya Bankı inflyasiya ilə mübarizə aparır. Düzdür, bu bizi narahat edir. Amma kursun necə olmasına baxmayaraq, inflyasiya bizim nəzarətimizdə olacaq”.

 Qeyd edək ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiya və dünya bazarında neftin ucuzlaşması son iki ayda rus rublunun avro və dollar qarşısında ucuzlaşmasına gətirib çıxarıb.(Axar.az)


Arqument.az