Rusiya şirkətləri ilə bağlı bədbin proqnoz - Vüqar Bayramov
30-01-2014 18:16 / Bu xəbər 1214 dəfə oxundu
"Rusiyanın bir neçə iri şirkətinin müflis olacağını müşahidə edəcəyik"
Ukraynadakı böhrana görə, Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın “Rosneft” şirkətinin gəlirlərini azaldıb.
Məlumatda deyilir ki, şirkətin 3-cü rübdə xalis gəliri 99.3 faiz azalaraq, 24.4 milyon dollara düşüb.
İqtisadçı-ekspert Vüqar Bayramlı Aktual.az-a açıqlamasında bildirib ki, yaxın zamanda neftin qiymətinin azalması fonunda Rusiyanın bir neçə iri şirkətinin müflis olacağını müşahidə edəcəyik:
"Rusiyanın böyük şirkətlərinin investisiyalarının azalması proqnozlaşdlırılır. Birmənalı şəkildə, demək olar ki, Rusiya iqtisadiyyatında, eyni zamanda, şirkətlərin fəaliyyətində durğunluq davam edəcək. Yaxın zamanda neftin qiymətinin azalması fonunda Rusiyanın bir neçə iri şirkətinin müflis olacağı və ciddi şəkildə zərərlə işləyəcəyini müşahidə edəcəyik".
Ekspertin sözlərinə görə, indiki vəziyyətdə Rusiyanın qarşıdurmaya getməsi ölkəyə ciddi zərbə vuracaq: "Rusiyanın dünya iqtisadiyyatnda payı 2.5 faizdir. ABŞ-ın payı isə 22 faizdən çoxdur. Avropa Birliyinin payı da bir o qədərdir. Bu o deməkdir ki, dünya iqtisadiyyatının 45 faizi, Rusiyanın bu gün qarşıdurmaya getdiyi ABŞ və Avropa Birliyinin payına düşür. ABŞ və Avropanın müttəfiqlərini də nəzərə alsaq, Rusiya qarşıdurmaya getməklə, dünyanın böyük əksəriyyəti ilə üz-üzə qalır. Ona görə də, dünya iqtisadiyyatında birrəqəmli payla digər qütblə mübarizə aparmaq və qalib gəlmək mümkün deyil. Bu, Rusiyanı çıxılmaz vəziyyətə sala bilər".
Arqument.Az












