Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Bakıya gəlir

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Bakıya gəlir

03-09-2019 16:33 / Bu xəbər 860 dəfə oxundu

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək. 

RF TŞ-nin məlumatına görə, o, Bakıda təhlükəsizlik məsələləri ilə bağlı ikitərəfli məsləhətləşmələr aparacaq.

"Patruşev Azərbaycan Respublikasına səfər edəcək. Patruşev Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla, hər iki ölkənin bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə təhlükəsizlik məsələlərinə dair Rusiya-Azərbaycan məsləhətləşmələri aparacaq", - deyə məlumatda bildirilir. 

Turan.İA