Rusiya telekanalları Ukraynada qadağan edildi

Rusiya telekanalları Ukraynada qadağan edildi

13-02-2016 14:17 / Bu xəbər 1277 dəfə oxundu

İnterfaksın məlumatına görə Ukrayna 15 Rusiya kabel kanalını qadağan edib.

Bu qərar Milli Televiziya və Radio Şurası tərəfindən qəbul edilib. Qərarda deyilir ki, yayımı qadağan edilən kanallar Avropa tələblərinə cavab vermir.

Siyahıya  mətbəx  və idman kanalları da daxil edilib: "Şanson-TV”, "Telecafe”, "KHL”, "Nauka 2.0”, "Soverşenno  Secretno”, "Mir seriala” və s.

Ukraynada keçirilən monitorinqin nəticəsində məlub olub ki, bu kanalların efirində "milli təhlükəsizliyə təhdid” sayılan insanlar efirə çıxır. Bundan əlavə, verilişlərdə   Ukraynada xarici televiziya kanalları üçün qadağan olan reklamlar nümayiş etdirilir.

bastainfo.com