Rusiya təyyarəsi qəzaya düşdü - 224 nəfərlə
31-10-2015 13:21 / Bu xəbər 2041 dəfə oxundu
Göyərtəsində 224 nəfər olan Rusiyaya məxsus təyyarə qəzaya uğrayıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Airbus-321 layneri öncə radardan itib.
Əldə olunan məlumata əsasən, göyərtəsində 217 sərnişin və 7 nəfər heyət üzvü olan təyyarə qəzaya uğrayıb.
Qəzanın təxminən Misirin Sinay yarımadasının mərkəzi hissəsində baş verdiyi ehtimal edilir.
Misirin Baş naziri İsmayıl Şərif 224 nəfər sərnişini olan Airbus 321 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
Baş nazir həmçinin bu məsələylə bağlı xüsusi komitənin yaradıldığını qeyd edib.
Hazırda o, qəzanın aradan qaldırılması ilə məşğul olan qrupların rəhbərləriylə danışıqlar aparır.
Arqument.Az












