Rusiya-Ukrayna danışıqları nəticəsiz qalıb

Rusiya-Ukrayna danışıqları nəticəsiz qalıb

04-03-2022 12:08 / Bu xəbər 635 dəfə oxundu

Martın 3-də Ukrayna-Rusiya danışıqlarının ikinci hissəsi başa çatıb.

Bu barədə Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak yerli mediaya danışıb.

O, Ukrayna nümayəndə heyətinin gözlədiyi nəticəni əldə etmədiyini və danışıqların davam etdiriləcəyini bildirib.

"Təəssüf ki, gözlədiyimiz nəticəni əldə etmədik. Bircə onu deyə bilərəm ki, biz humanitar aspekti kifayət qədər ətraflı müzakirə etdik. Çünki indi şəhərlər mühasirəyə alınıb, qida, dərman, dərmanla bağlı dramatik vəziyyət var. Evakuasiya ehtimalı var”, - Podolyak belə deyib.

M.Podolyakın sözlərinə görə, yeganə məsələ mülki əhalinin təxliyyəsi üçün humanitar dəhlizlərin birgə təmin edilməsində razılıq əldə olunub: "Yəni hər yerdə deyil, yalnız humanitar dəhlizlərin yerləşəcəyi yerlərdə ola bilsin ki, evakuasiya müddətində atəşkəs olsun”.