Rusiya Ukraynadakı "Bayraktar" zavodunu vura bilər

Rusiya Ukraynadakı

09-08-2022 21:23 / Bu xəbər 1090 dəfə oxundu

Ukraynada "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üçün fabrik yaradılacağı təqdirdə, o, demilitarizasiyaya məruz qalacaq. 

TASS məlumat verir ki, bu sözləri avqustun 9-da Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib. 

Kreml rəsmisinin sözlərinə görə, əgər zavod qurulsa, bu ancaq "ukraynalıların əzab-əziyyətini” uzatmış olacaq. 

"Belə bir obyektin yaradılması faktı, əlbəttə ki, dərhal demilitarizasiya kateqoriyasına düşür. Bu (...) yəqin ki, ancaq "ukraynalıların əzab-əziyyətini” uzatmış olacaq, amma xüsusi hərbi əməliyyatın məqsədindən yayınmasına kömək etməyəcək”, - deyə Peskov bildirib.

Ukraynada Türkiyənin "Bayraktar” dronlarının istehsalı və texniki xidməti üçün zavodun tikilməsi planlaşdırılır. 

"Baykar Makina” şirkətinin məhz bunun üçün Ukraynada torpaq sahəsi aldığı bildirilir. 

Ukrayna Rusiyanın işğalçılıq müharibəsində Rusiyanın Türkiyənin "Bayraktar" dronlarından aktiv şəkildə istifadə edir.