Rusiya Ukraynaya zorla girərsə, sanksiyalarla üzləşə bilər

Rusiya Ukraynaya zorla girərsə, sanksiyalarla üzləşə bilər

08-12-2021 16:54 / Bu xəbər 2839 dəfə oxundu

"Spektr”ın məqaləsi
 
ABŞ hakimiyyəti mümkün məhdudiyyət tədbirlərinin bütün spektrini nəzərdən keçirir

Rusiya Ukraynaya zorla girdiyi halda rus biznesi və rus əhalisi zərər çəkəcək – onlar "işləyə, səyahət edə və ticarətlə məşğul ola bilməyəcəklər”, - ABŞ-ın Dövlət Departamenti bəyan edib.

Rusiya hərbçiləri Ukraynaya zorla girdiyi təqdirdə ABŞ sanksiyaların yeridilməsi ehtimalını nəzərdən keçirir. Həmin sanksiyalar Rusiyanı dünya maliyyə sistemindən tamamilə təcrid edəcək. Bu barədə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ABŞ Konresinin Xarici İşlər üzrə Komitəsindəki dinləmələrində bəyan edib.

Onun dediyinə görə, bu məhdudiyyətlər "rus biznesinə və əhalisinə”, o cümlədən onların "işləmək, səyahət etmək və ticarətlə məşğul olmaq imkanlarına” toxuna bilər. Nuland qeyd edib ki, ABŞ hakimiyyəti mümkün məhdudyyət tədbirlərinin bütün spektrini nəzərdən keçirir, lakin hansı tədbirlərə əl atılacağını dəqiqləşdirməyib. 

Bununla yanaşı, dövlət katibinin müavini əlavə edib ki, Rusiya Ukraynaya zorla girdiyi təqdirdə ABŞ Almaniyadan "Şimal axını – 2” qaz kəməri layihəsinin dayandırmasını gözləyir.

Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Vladimir Putin Sovet İttifaqını yenidən yaratmağa can atır, Rusiya hakimiyyəti isə Ukrayna və digər sabiq sovet respublikalarına özünün təsir zonası kimi baxır. Lakin Putin "asressiya” olayı zamanı Avropa ölkələri tərəfindən mümkün yardım göstəriləcəyi ehtimalını "qiymətləndirmir”.

"Belə bir təhlükə var ki, o öz irsinin layihəsi kimi Sovet İttifaqını yenidən yaratmağa can atır, sonra isə bəlkə də iştahını bununla da doyurmayacaq və daha uzağa gedəcək?” – Nuland bəyan edib.

O həmçinin qeyd edib ki, ukraynalıların Rusiyanı qəbul etməsi məsələsi son illər çox dəyişib. "Zənnimcə, hazırda ukraynalıların Rusiyaya münasibətdə dəstək, dostluq duyğuları 12 faizədək düşüb”, – ABŞ dövlət katibinin müavini hesab edir.

Daha əvvəl Ağ evin Co Baydenlə Vladimir Putinin dekabrın 7-si baş tutmuş videokonfransının nəticələrinə görə yaydığı bəyanatda deyilirdi ki, ABŞ prezidenti rusiyalı həmkarını "Rusiya-Ukrayna böhranında hərbi eskalasiya baş verdiyi təqdirdə qətiyyətli iqtisadi və digər ölçü tədbirləri ilə bağlı xəbərdar edib, o cümlədən Ukrayna sərhədi yaxınlığında Rusiya qoşunlarının sayının artması ilə bağlı narahatlığını bildirib və bununla bağlı deskalasiyaya, diplomatiyaya qayıdışa çağırıb”.

Kremlin analoji bəyanatında deyilir ki, iki ölkənin prezidentləri görüş zamanı əsas etibarilə Ukrayna haqqında danışıb. Putin "konkret nümunələrlə Kiyevin destruktiv xəttini təsvir edib. Onun dediyinə görə, həmin xətt Donbas üzrə razılaşmasının pozulmasına yönəlib. Daha sonra Rusiya prezidenti Kiyevin bölgədə "təxribat xarakterli hərəkətləri”ndən qayğılandığını söyləyib.  

Bayden "Rusiya qoşunlarının Ukrayna sərhədi yaxınlığında "təhlükəli” olduğunu” söyləyib və sanksiyalarla bağlı xəbərdar edib. Putin cavabında deyib ki, məhz NATO "Ukrayna ərazisini mənimsəməklə bağlı təhlükəli cəhdlər edir” və Rusiya sərhədi yaxınlığında hərbi potensialını artırır.   

O qeyd edib ki, Rusiya NATO-nun Şərqə soğru genişlənməsini istisna edən "etibarlı, hüquqi müəyyən edilmiş” zəmanətlərdə maraqlıdır.

Görüş ərəfəsində "Bloomberg” və CNN Rusiya Ukraynaya zorla girdiyi təqdirdə ABŞ və Aİ-nin sanksiyaları barədə anons verib. Mənbələr mümkün məhdudiyyətlər sırasında rublun konvertasiyasından imtina və Rusiyanın SWIFT banklararası ödəmə sistemindən uzaqlaşdırılma ehtimalının olduğunu söyləyib.