Rusiya Xodorkovskinin həbsini istəyir

Rusiya Xodorkovskinin həbsini istəyir

23-12-2015 14:50 / Bu xəbər 1270 dəfə oxundu

Rusiya keçmiş maqnat Mixail Xodorkovskinin həbsi üçün beynəlxalq order verib. Kremlin tənqidçisi olan Khodorkovsky «Açıq Rusiya» hərəkatını yaradıb. Özü Londonda yaşayır.

Bir gün öncə bu hərəkat əməkdaşlarının mənzillərində axtarışlar başlanıb. İstintaq komitəsinin təmsilçiləri axtarışın Mixail Xodorkovskinin işi ilə bağlı olduğunu deyiblər.

Dekabrın 11-də YUKOS-un keçmiş rəhbərinə Nefteyuqansk merinin ölümünün təşkili ittihamı irəli sürülüb("Azadlıq" radiosu).