Rusiyada etiraz aksiyaları keçirilib

Rusiyada etiraz aksiyaları keçirilib

06-03-2022 22:51 / Bu xəbər 711 dəfə oxundu

Martın 6-da Rusiyanın bir çox şəhərində Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatlarına etiraz olaraq aksiyalar keçirilib.

28 şəhərdə saat 14.00-a qədər keçirilən aksiyalarda mindən çox iştirakçının həbs olunduğu deyilir.

Məlumatı Rusiyanın "ovd.news” saytı yayıb.

Bildirilib ki, ən çox saxlanılan Novosibirskidə qeydə alınıb, 260 nəfər.

Eyni zamanda, fevralın 24-dən başlanan aksiyalarda 8 mindən çox adamın həbs olunduğu bildirilib.