Rusiyada koronavirusa yoluxanların ümumi sayı: 36 793 nəfər

Rusiyada koronavirusa yoluxanların ümumi sayı: 36 793 nəfər

18-04-2020 17:24 / Bu xəbər 1008 dəfə oxundu

Rusiyada son bir gündə 4 785 nəfərə koronavirus diaqnozu qoyulub.

"Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.

Məlumata görə, bununla da yoluxanların sayı 36 793 nəfərə, ölənlərin sayı 313-ə, sağalanların sayı isə 3 057 nəfərə çatıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2649.

Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 252 000-i ötüb. Bunların 574 818 nəfəri sağalıb, 154 331 nəfəri isə ölüb.