Rusiyada müharibə əleyhdarları "ekstremist" elan edilə bilər

Rusiyada müharibə əleyhdarları

04-03-2022 16:44 / Bu xəbər 725 dəfə oxundu

Rusiyada müharibə əleyhinə dinc aksiyalarda iştirak edənlər ekstremist kimi tövsif oluna bilər. Bu əmələ görə isə altı ilə qədər həbs cəzası nəzərdə tutulub. 

"Svoboda.org" xəbər verir ki, məsələ ilə əlaqədar Rusiya Baş prokurorluğunun bəyanat yayıb.

Həbs düşərgəsində cəza çəkən Aleksey Navalnı çərşənbə günü rusiyalıları Ukrayna ilə müharibə əleyhinə etiraz aksiyalarına çıxmağa çağırıb. 

Onun adından edilən müraciət sosial şəbəkələrdə yayılıb. 

Rusiyanın Ukrayna ərazisinə təcavüzündən bir qədər sonra Baş prokurorluq bildirmişdi ki, Rusiyaya düşmən xarici dövlətə istənilən köməyə görə "dövlətə xəyanət” ittihamı irəli sürülə bilər.

Eləcə də Baş prokurorluq "Roskomnadzor"-dan (KİV və informasiyaya nəzarət qurumu-red) Rusiya ordusunun Ukraynada əməliyyatları barədə "yalan məlumatlar paylaşan” KİV-lərin bloklanmasını tələb edib. 

Nəticədə "Radio svoboda”nın layihələri olan "Krım.Realiyii" və "Nastoyaşeye vremya” telekanalı, "Dojd” telekanalının saytı bloklanıb. 

Bloklanan daha bir resurs – "Exo Moskvı” radiostansiyası quruluşundan 32 il sonra bağlandığını elan edib.