Rusiyada Navalnıya yaxın adamların saxlanılmasına başlandı

Rusiyada Navalnıya yaxın adamların saxlanılmasına başlandı

22-01-2021 11:49 / Bu xəbər 589 dəfə oxundu

Rusiyada Aleksey Navalnının təsis etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (KMF) iki əməkdaşı hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

"Dojd” telekanalının yanvarın 22-də verdiyi xəbərə görə, saxlanılanlar Navalnının mətbuat katibi Kira Yarmış və KMF-nin əməkdaşı Georgi Alburovdur.

Kira Yarmış evində saxlanılıb, bu prosesdə hüquq mühafizə orqanlarının 7 əməkdaşının iştirak etdiyi bildirilir.

Yarmış saxlanılması ilə bağlı "Tvitter" hesabında məlumat verib: "Məni bir gecəlik inzibati qaydada həbs olunanların kamerasında saxlayacaqlar. Məhkəmə sabah olacaq, saatı hələ məlum deyil. Yanvarın 23-ü fövqəladə olacaq”.

Yanvarın 18-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı paytaxt Moskvada hava limanındaca həbs olunmuşdu. 

Yanvarın 23-də müxalifət liderinin həbsinə etiraz əlaməti olaraq Rusiyanın bir çox bölgələrində kütləvi mitinqlərin keçirilməsi planlaşdırılır.(toplum.tv)