Rusiyadan Azərbaycana qayıdan fəal saxlanılıb
05-02-2020 18:20 / Bu xəbər 1224 dəfə oxundu
Müsəlman Birliyi Hərakatının üzvü Muradov Elvin Mürvətoğlu bu gün Rusiyadan səhhəti ilə bağlı geri qayıdarkən saxlayıblar.
Bu barədə Toplum.Tv-yə ailəsi məlumat verib.
Məlumata görə, o, H.Əliyev adına hava limanına polislər tərəfindən saxlanılıb. Elvin Muradovun hara və nə üçün aparıldığı barədə heç bir məlumat yoxdur.
Ehtimal olunur ki, Elvin Muradovun saxlanılmasına səbəb onun Hacı Tale Bağırzadə və digər məhbuslar barəsində oxuduğu mahnılardır.
Daxili İşlər Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.













