“Rusiyanı bu biabırçılıqdan xilas etməliyik” - Putindən Nemtsov açıqlaması

“Rusiyanı bu biabırçılıqdan xilas etməliyik”   - Putindən Nemtsov açıqlaması

04-01-2015 15:55 / Bu xəbər 895 dəfə oxundu

“Rusiya hüquq-mühafizə orqanları Boris Nemtsovun ölümü kimi siyasi çalarlı cinayətlərə daha çox diqqət ayırmalıdır. Rusiyanı gələcəkdə bu kimi faciələrin təkrarlanmasından xilas etməliyik”. 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu açıqlama ilə ölkə prezidenti Vladimir Putin çıxış edib. Onun sözlərinə görə, rezonans doğuran bu cinayətə xüsusi diqqət ayrılmalıdır: “Rusiyanı sizinlə bu yaxınlarda yaşadığımız və gördüyümüz biyabırçılıq və faciədən azad etməliyik. Mən Boris Nemtsovun düz şəhərin mərkəzində həyasızcasına öldürülməsini nəzərdə tuturam”. 

Arqument.Az